Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

DİN-dən Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 117 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 13 kiloqrama yaxın heroin, 7,2 kiloqram tiryək, 15,6 kiloqram həşiş və 81 kiloqramdan çox marixuana, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 900-dən çox çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az