Qaradağda yolu keçən piyada qəzanın qurbanı oldu Qaradağda yolu keçən piyada qəzanın qurbanı oldu

“Opel” qəza törətdi - Ölən var

Qaradağda yolu keçən piyada qəzanın qurbanı oldu

Qaradağda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 17-də saat 19:00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini Telman İsrafilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Şahin Əndəlifovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az