- Qanundan kənarda
- 31 Yanvar 2019 17:13
- 3 210
Azərbaycanda gürcü məhbus öldü - Səbəb

Kakutia Paata quldurluq maddəsi ilə cəza çəkirmiş.
Azərbaycan həbsxanasında saxlanılan gürcü məhkum ölüb.
Hüquq-mühafizə orqanlarından AzNews.az-a verilən məlumata görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.
Gürcüstan vətəndaşı Kakutia Paata xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Kakutia Paata 2014-cü ildə Bakıda quldurluq etdiyi üçün həbs edilib.
Azər
AzNews.az