O, ilkin dindirilmədə cinayəti etiraf edib. O, ilkin dindirilmədə cinayəti etiraf edib.

Salyan sakinindən heroin və silah götürüldü

O, ilkin dindirilmədə cinayəti etiraf edib.

Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Salyan şəhər sakini, 1978-ci il təvəllüdlü Əliyev Mais Sabir oğlunun üzərinə baxış zamanı iki ədəd sellofan bükümdə ümumi çəkisi 5, 144 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Yaşadığı evə baxış zamanı isə qundağı kəsilmiş odlu silah, 14 ədəd patron və sandıq darağı aşkarlanıb.

M. Əliyev ilkin dindirilmədə cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az

image description image description