Çantasından isə oğurluq mobil telefon çıxıb Çantasından isə oğurluq mobil telefon çıxıb

Alt paltarından narkotik çıxdı - "Xəbərim yoxdur" dedi

Çantasından isə oğurluq mobil telefon çıxıb

Türkiyənin Bursa şəhərində polis hərəkətlərindən şübhələndiyi 25 yaşlı D.E-nin alt paltarında gizlətdiyi narkotik vasitəni tapıb. Saxlanılan şəxs ifadəsində “Narkotikdən xəbərim yoxdur” deyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Osmangazinin Demirtaşpaşa məhəlləsində polis əməkdaşları hərəkətlərindən şüphələndikləri D.E-ni yolda saxlayıb. D.E-nin alt paltarında gizlətdiyi 50 qram narkotik vasitə tapılıb.

D.E-nin çantasından isə oğurluq mobil telefon çıxıb. O, polisdə belə ifadə verib:

''Telefonu oğurladığımı qəbul edirəm, amma narkotikdən xəbərim yoxdur, mən görməmişəm”.

Qeyd edək ki, o, məhkəmədə tutularaq həbsxanaya göndərilib.

Səidə Vahid

AzNews.az