- Qanundan kənarda
- 19 Sentyabr 2019 16:34
- 2 129
Hollandiyalı futbolçu avtomobilində güllələndi

32 yaşlı müdafiəçinin qətlində şübhəli bilinən 2 nəfər axtarılır
İngiltərənin "Berton Albion" klubunun sabiq futbolçusu Kelvin Maynard avtomobilində güllələnərək öldürülüb.
Hadisə Hollandiyanın paytaxtı Amsterdamda baş verib.
Surinam əsilli hollandiyalı oyunçu üçün İngiltərə təmsilçisi başsağlığı mətni yayımlayıb. Hollandiya polisi 32 yaşlı müdafiəçinin qətlində şübhəli bilinən 2 nəfərin axtarışını davam etdirir.
Qeyd edək ki, Maynard son olaraq Hollandiyanın 5-ci liqasında çıxış edən "Quik Boys"un formasını geyinib. (report)