Faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb Faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb

Polis azyaşlının qətlə yetirilməsi ilə bağlı məlumata aydınlıq gətirdi

Faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb

Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətəuyğun deyil.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirib.

İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.

AzNews.az