- Qanundan kənarda
- 20 Noyabr 2019 17:54
- 1 671
Mingəçevirdə polis bıçaqlandı

Hadisə şəhərin Samux küçəsində qeydə alınıb
Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.
Hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az