Araşdırmalar davam edir Araşdırmalar davam edir

Bakıda narkokuryerliklə məşğul olan “bloger” tutulub - VİDEO

Araşdırmalar davam edir

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Röyal Yusibov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Aznews.az-a verilən xəbərə görə, saxlanılan şəxsin üzərinə və əlindəki bağlamaya baxış zamanı 3 kiloqramdan artıq marixuana və 515 qram yüksək təsiredici xassəyə malik heroin aşkar edilib. Bu şəxs ifadəsində “İnstagram” sosial şəbəkəsində blogerliklə məşğul olduğunu və orada xarici ölkələrdən birinin vətəndaşı ilə tanış olaraq onun vasitəçiliyi ilə narkokuryerliyə cəlb edildiyini bildirib.

Qeyd olunub ki, Röyal Yusibov narkotik vasitələri əldə edəndən sonra pulunu həmin şəxsə onlayn yolla göndərməli imiş. O, Zabrat qəsəbəsində təyin edilən yerdən narkotik vasitələri götürərək oradan uzaqlaşmaq istəyərkən daxil olmuş əməliyyat məlumatı əsasında polislər tərəfindən saxlanılaraq Bölməyə gətirilib.

15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Zabrat və Pirşağı qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər – Xəyal Abdullayev və Seymur İslamov da saxlanılıb. Bu şəxslərdən də narkotik maddə olan heroin aşkar olunub.

Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edir.

Narkotik vasitələrin Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

image description