- Qanundan kənarda
- 22 İyun 2022 10:22
- 4 067
Samuxda 33 yaşlı kişi qətlə yetirilib
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Samuxda 33 yaşlı kişi qətlə yetirilib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 22-si gecə saatlarında rayonun Füzuli kəndi ərazisində 1989-cu il təvəllüdlü Cavid Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1990-cı il təvəllüdlü Mədət Tağıyevin yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Mədət Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.