Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama

Bakıda yolkəsən sürücü həbs olundu

Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama

Bakıda yükdaşıma qaydalarını pozan və polisin qanunu tələbinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlamağa çalışan sürücü həbs edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 6-a idarə etdiyi “DAF” markalı yük maşını ilə yükdaşıma qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılan, bu zaman polisin qanuni tələbinə əməl etməyərək yolu bağlamağa çalışan Ağstafa rayon sakini Mikayılov İsmayıl Eldar oğlu barəsində müvafiq sənədləşmə apaılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

AzNews.az