Bakı sakinini fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutulub

Bakı sakinini fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də polisə müraciət edən Bakı şəhər sakini bir nəfərin onun fotoşəkillərini sosial şəbəkədə paylaşmasını və hədə-qorxu gələrək hesabına 380 manat ödətdirməsini deyib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakini Cahangir Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.