Keçən il Azərbaycan nefti neçəyə satılıb?

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 2018-cı ildə orta qiyməti 71,64 dollar/barel olub.

Ötən il “Azeri Light” markalı neftin ən aşağı qiyməti dekabrın 28-də qeydə alınıb, həmin tarixdə qiymət 53,56 dollar/barel olub. Qeyd edilən il üçün ən yüksək göstərici isə oktyabrın 4-də müəyyənləşib. Bu tarixdə Azərbaycan nefti beynəlxalq birjalarda 87,51 dollar/barelə təklif edilib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar/barel), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar/barel) qeydə alınıb.(report.az)

© AzNews.az