- İntellektual baxış
- 3 İyun 2022 19:15
- 10 675
Azərbaycanın "Şahdəniz"dən gəlirləri dəfələrlə artıb
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib
Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 526 537 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,5 dəfə çoxdur.
Aznews.az xəbər verir ki, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.06.2022 tarixinə) 144 522 min dollar olub, bu da 2,5 dəfə artım deməkdir.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.