- Pullu iş
- 26 Noyabr 10:20
- 7 483
Bu ilin 10 ayında 165,6 min manatın işçilərə ödənişinin gecikdirildiyi müəyyən edilib
Bu ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 165,6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənişinin gecikdirildiyini müəyyən edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Xidmətin gördüyü tədbirlər nəticəsində aidiyyəti işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib. Vəsaitin 86 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Bundan başqa, cari ilin yanvar-oktyabr aylarında 53 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.