- İntellektual baxış
- 28 Yanvar 2025 13:52
- 5 142
Azərbaycanda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar 33 %-dən çox azalıb
2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 547,9 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 33,4 % azdır.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, ötən il dövlət büdcəsinə sair daxilolmalar isə 1 milyard 21,1 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur.
AzNews.az