- Üçüncü sektor
- 9 Yanvar 2019 12:03
- 6 421
Tanınmış aparıcının evi qarət olundu
"Oğrular evi alt-üst ediblər"
Tanınmış radio aparıcısı Aygün Akifin yaşadığı mənzil qarət edilib.
AzNews.az xəbər verir ki, bu barədə aparıcının özü məlumat verib. O, qeyd edib ki, oğrular evi alt-üst ediblər:
“Günün günorta çağı evimə basqın edib, nə varsa, talayıb aparıblar”.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı “102” xidmətinə məlumat verilib.
Aygün Akif “Araz FM”də işləyir.
Bahar RÜSTƏMLİ
AzNews.az