Televiziyada 120 dəqiqəlik macəramız sona çatır Televiziyada 120 dəqiqəlik macəramız sona çatır

Çox yoruldum, artıq film çəkməyəcəm - Gülse Birsel

Televiziyada 120 dəqiqəlik macəramız sona çatır

“Patırtı Fashion TV Moda Ödülleri” dünən axşam “İstanbul Bomonti Hilton Hotel”də məşhur türk aparıcısı Öykü Serterin təqdimatı ilə sahiblərinə qovuşub.Təqdimat 202 ölkədə canlı yayımlanıb.

Türk müğənnisi Soner Sarıkabadayı gecəyə yeni sevgilisi ilə qatılıb.

Begüm Özbek, Eran Tapan, İrem Derici, Özge Ulusoy, Ivana Sert, Fatih Ürek, Işıl Reçber, Pınar Altuğ həmin gün mükafat alanlardandır.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “En Moda Dizi” mükafatına layiq görülən “Jet Sosyete”nin ssenaristi və aktrisası Gülse Birsel gecədə təsirləndirən açıqlamalar da verib:

"Artıq televiziyada 120 dəqiqəlik macəramız sona çatır. Bu iş artıq öz formatından çıxıb. Böyük danışmaq istəmirəm, amma bir də bu qədər uzun bir film çəkməyəcəm. Komediya 2 saat olmaz. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Mən artıq çox yoruldum. Başqa təqdimatlarda görüşənədək".

Səidə Vahid

AzNews.az