"Bu, fenomenal təcrübə olacaq" "Bu, fenomenal təcrübə olacaq"

Uitni Hyustonun holoqramı qastrola çıxır

"Bu, fenomenal təcrübə olacaq"

2012-ci ildə otel otağında ölü halda tapılan amerikalı müğənni Uitni Hyustonun holoqramı 2020-ci ildə Böyük Britaniyaya qastrola çıxacaq.

Bu barədə müğənninin holoqramının hazırlanması hüquqlarını almış “Primary Wave” marketinq şirkətinin vitse-prezidenti Set Faber bildirib:

“Tur inanılmaz maraqlı olacaq. Biz şounu maksimum inandırıcı etməyə çalışmışıq. Bu, fenomenal təcrübə olacaq”.

Qeyd edək ki, "Primary Wave” bu ilin mayından Uitninin adından və təsvirindən istifadə etmək hüququnu alıb. Müğənninin lazerli təsviri üzərində illərdir işlənilir.(qafqazinfo.az)

AzNews.az