Günay onun fotosunu yaydı: Təmənnasız sevir - FOTO

Foto izləyicilərin böyük marağına səbəb olub

Müğənni Günay İbrahimli anası ilə birlikdə fotosunu paylaşıb.

AzNews.az xəbər verir ki, foto izləyicilərin böyük marağına səbəb olub. Müğənni anasının ad gününü bu foto ilə təbrik edib:

"O, günün bütün saatlarında sizi təmənnasız sevir... Sizin üçün hər kəsə, hər şeyə sinə gərir. Bəlkə də kiçik bir təbəssümünüz üçün nələrdən keçir... Bu, anadır.

Bu gün isə o qadınlardan biri - əziz anamın 50-ci yaşı tamam olur. Hər zaman ona layiq övlad olmağa çalışmışam. Nə qədərini bacarmışam, bilmirəm. Lakin bildiyim tək şey onu ömür boyu yanımda görmək istəməyimdir. Ad günün mübarək, cənnətə layiq olanım".

Aynur

AzNews.az

image description