Klipə ekran həyatını gürcü rejissoru Zaza Oraşvili bəxş edib Klipə ekran həyatını gürcü rejissoru Zaza Oraşvili bəxş edib

Zülfiyyədən Beyonsu xatırladan klip - VİDEO

Klipə ekran həyatını gürcü rejissoru Zaza Oraşvili bəxş edib

Xalq artisti Zülfiyyə Xanbabayeva ad günü ərəfəsində daha bir yeni layihəsini təqdim edib.

Sənətçi "Oxu" adlı növbəti mahnı və kliplə pərəstişkar ordusunu sevindirib:

"Təbriklərinizə görə hər birinizə ayrı ayrılıqda minnətdaram! Sizin sevginiz Allahın mənə olan böyük bir lütfüdür. Özəl günümdə bu hədiyyə də məndən Sizə gəlsin. Birgə “Oxu”yaq!"

Bəstənin musiqisi İsmail Əsədovun, sözləri isə Ayşən Məmmədovanındır. Klipə ekran həyatını isə gürcü rejissoru Zaza Oraşvili bəxş edib.

Xalq artistinin obrazı üzərində tanınmış stilistlər Ruxa və Elnur Həsənov çalışıb. O, klipdəki obrazı ilə Beyonsu xatırladıb. (Musavat.com)

AzNews.az