Əlində sadəcə bir evinin qaldığını açıqlayıb Əlində sadəcə bir evinin qaldığını açıqlayıb

Sərdar Ortaç sərvətindən oldu

Əlində sadəcə bir evinin qaldığını açıqlayıb

Məşhur türk müğənnisi Sərdar Ortaçın keçən ay konsert verdiyi otelin kazinosunda qumar oynadığı və 120 min dollar uduzduğu iddia edilib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, İrlandiyalı həyat yoldaşı Chloe Loughnan ilə beş illik evliliklərini avqust ayında bitirən müğənninin yenə qumar bataqlığına düşdüyü məlum olub.

İllərdir qumar sevdası bitməyən müğənninin boşanmasından sonra çətin zamanlar keçirdiyi və maddi vəziyyətinin yaxşı olmadığı danışılır.

Sərdar Ortaçın keçən ay Şimali Kiprdə konsert verdiği bir otelin kazinosunda 120 min dollar uduzduğu deyilir.

İddiaya görə, müğənni borcunu fərqli zamanlarda verəcəyi dörd konsertlə ödəyəcək.

Qeyd edək ki, Sərdar Ortaç daha öncə qumar borclarını ödədiyini və əlində sadəcə bir evinin qaldığını açıqlayıb.

Səidə Vahid

AzNews.az