Nazənindən şok sözlər: "Ofisianta 10 manat belə vermədi ki..." - VİDEO

Müğənni bunları ARB-nin mikrofonuna söyləyib

Müğənni Nazənin şou biznesin simic müğənnilərindən danışıb.

AzNews.az xəbər verir ki, müğənni bu barədə ARB-nin mikrofonuna söyləyib:

"Heç olmasa əyin-baş alsınlar, düz əməlli yataq alsınlar, ehtiyacı olanlara yardım etsinlər, bazarlıq etsinlər. Allah onlara elə dərd verir ki, pulu dərdlərinə xərcləyirlər. Etdiyi yardımı nümayiş etdirənlərə də yaxşı baxmıram. Bəlkə də o yardımı heç özləri etmirlər, hacılara etdirirlər. Sonra isə öz adlarına çıxarırlar. Sən restoranda ofisanta, sürücüyə belə bir az artıq pul vermirsən ki, yazıq evinə bazarlıq edib aparsın. Bir dəfə toylardan birində müğənnilərdən biri aldıqlarını nümayiş etdirirdi. Bu ərəfədə ofisiant ona çay verdi. Dedim ona 10 manat ver. İnanın vermədi. Puldan əvvəl ən böyük sərvət böyük ürəyə sahib olmaqdır".

Aynur

AzNews.az