Deputat Siyavuş Novruzov belə deyib Deputat Siyavuş Novruzov belə deyib

"Hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırırlar"

Deputat Siyavuş Novruzov belə deyib

Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar.

Məlumata görə, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar: “O zaman Sürət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaqdı. Bunları ümumnilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırırlar”. (Trend)

AzNews.az