Deputatlar təklif ediblər Deputatlar təklif ediblər

Prezident İlham Əliyev “Xilaskar” ordeni ilə təltif oluna bilər

Deputatlar təklif ediblər

Təklif edirəm ki, cənab Prezidentə “Xilaskar” ordeni verilsin.

AzNews.az-ın məlumatına görə, bunu parlamentin plenar iclasında çıxış edən deputat Fəzail Ağamalı bildirib.

O Azərbaycanın qələbəsinin təmin olunmasında mütəsna rolu olan Prezident, Ali Baş Komandan İlham Əliyevin təltif olunmasını təklif edib:

“Məncə, bu, ədalətli olardı ki, xüsusi olaraq bir nüsxədə "Xilaskar" ordeni təsis edilsin və cənab Prezident bu ordenlə təltif olunsun”.

Deputat Məlahət İbrahimqızı da həmkarının təklifini dəstəkləyib.