"Qarşıdakı günlərdə Ermənistanda daha ağır böhranın şahidi olacağıq"

Erməninstan 30 ildir ki, bütün regonal layihələrdən təcrid olunub

"Ermənistanda daha ağır böhran olacaq"

Bunu AzNews.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı dekabrın 1-i Laçının Azərbaycana təhvil verilməsi (10 noyabr sənədlərinə görə güllə atılmadan, qan tökülmədən Ağdam, Kəlbəcər və Laçın Azərbaycana təhvil verildi) ilə bağlı Prezident İlham Əliyevin xalqa təbrik müraciətini şərh edərkən deyib.

O bildirib ki, qonşu Türkiyə və Azərbaycanla düşmənçilik siyasəti aparan Ermənistan daha böyük fəlakətlə üz-üzədir: "Heç bir beynəlxalq layihələrdə Erməninstan iştrak etmir. Bunun səbəbini cənab Prezident İlham Əliyev 1 dekabr tarixli xalqa müraciətində qeyd etdi. Prezident Ermənistanın dalan dövlət olmasını və bunu Azərbaycanın etdiyini xüsusi olaraq bildirdi. Ermənilərin bu vəziyyətə düşməsi xəstə təfəkkürlü düşüncələrindən irəli gəlir. 44 günlük müharibənin ağır nəticələrindən də ermənilər hələ on illiklərlə çıxa bilməyəcəklər. Onun, bunun verdiyi payla yaşayan və regionda heç bir beynəlxalq layihədə iştirak etməyən, qonşu Türkiyə və Azərbaycanla düşmənçilik siyasəti aparan Ermənistan daha böyük fəlakətlə üz-üzədir. Ümumilikdə Ermənistanın xaricə dövlət borcu 9 milyard dollardı. İllik büdcəsi 2 milyard dollar olan ermənilərə 44 günlük müharibə dövründə tək hərbi sənayesinə 4 milyardlıq ziyan vurumuşuq. İndi özünüz nəticə çıxarın ki, erməni ordusu darmadağın olub. Minlərlə canlı qüvvəsini məhv etmişik. Qarşıdakı günlərdə Ermənistanın daha ağır böhrana girməsinin hamımız şahidi olacağıq. Sosial rifahı zəif olan bir ölkə işğal altından saxladığı ərazilərimizdə ildə 90 min ton taxıl istehsal edirdi. Bu da ümumilikdə 50% deməkdir. Biz öz torpaqlarımızı geri almışıq, ermənilər 90 min ton taxılı indi haradan əldə edəcəklər? Onlarla bu cür müqayisələr etmək olar".