Etibar Məmmədov Berlində Serj Sərkisyanın qarşısını kəsdi

AMİP lideri: "Azərbaycan sülh müqaviləsi imzalamağa hazırdır, Ermənistan isə..."

İyunun 26-29-da Berlində Beynəlxalq Demokrat İttifaqının (BDİ) forumu, icraçı toplantısı və sammiti keçirilib. Təbdirdə təşkilatın üzvü olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov və sədrin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev iştirak ediblər.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bir sıra sağ-mərkəz partiyalarının rəhbərlərinin, hazırkı və keçmiş dövlət, hökumət başçılarının, Avropa Parlamenti deputatlarının, ATƏT təmsilşilərinin və tanınmış siyasətçilərin, ekspertlərin iştirakı ilə keçirilən Forumda əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi olub. Tədbirdə Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş Baş nazir Yuliya Timoşenko geniş nitq söyləyib, hərtərəfli dəstəyə görə təşəkkür edib və dünya dövlətlərini Ukraynaya köməyi daha da genişləndirməyə çağırıblar.

BDİ-nin icraçı toplantısında AMİP lideri Etibar Məmmədov Cənubi Qafqazdakı vəziyyət və Ukraynadakı hadisələrin reqiona təsirləri ilə bağlı çıxış edib. Ermənistan Azərbaycan arasında müharibə vəziyyətinin qalmasının regiona və Avropanın enerji təhlükəsizliyinə təhdid olduğunu bildirən E. Məmmədov, sabitliyin yaranmasında əsas yolun tərəflər arasında sülh müqaviləsinin imzalanmasından keçdiyini bildirib.

"Bunun üçün isə tərəflər bir-birilərinin ərazi bütövlüyünü tanıması və ərazi iddialarının olmamasını əsas şərtdir. Azərbaycan sülh müqaviləsi imzalamağa hazırdır, Ermənistan isə müxtəlif bəhanələrlə bundan yayınmaq istədiyir. Avropa İttifaqını bu istiqamətəki fəaliyyətini daha da artırmalı, dünya dövlətlərini daha da fəal olmalıdırlar", - deyə E.Məmmədov çıxışında vurğulayıb.

Məlumatda daha onra qeyd olunur ki, BDİ Sammitindən öncə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın lideri olduğu "Respublikaçılar" partiyası təşkilata üzv olmaq üçün müraciət edib.

"Bu partiya indiyədək bir neçə dəfə belə çəhdlər etsə də AMİP onların BDİ-nin prinsiplərinə zidd fəaliyyət göstərdiklərini əsas gətirək üzvlük məsləsinin qarşını ala bilib. Bu dəfə də AMİP regionda separtçılığın və terrorun əsasını qoyan Sarkisyanın liderlik etdiyi partiyanın BDİ-yə üzvlüyünün imkansız olması ilə bağlı faktlarla etirazını ifadə edib. Belə ki, Krımın anneksiyası zamanı Rusiyaya dəstək verməsi, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə heç bir münasibət bildirməməsi, partiyanın Moskvadan idarə olunması reallığı, hakimiyyətə gəlmək üçün Kremlin yardımına arxalanması, Azərbaycanla yenidən müharibəyə başlamaq təbliğatını aparmaqla sülhün yaranmasına qarşı çıxması AMİP tərəfindən diqqətə çatdırılıb. Nəticədə onlara üzvlük üçün zəmanət verən partiyalar zəmanətlərini geri çəkməklə bu məsələ ümümiyyətlə gündəlikdən çıxarılıb", - deyə məlumatda vurğulanır.

AzNews.az