Onlar bizi humanitar fəlakət adı ilə ittiham edə bilməzlər - Politoloq

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərib.
Mövzu ilə bağlı AzNews.az -a danışan politoloq Turab Rzayev bildirib ki, Azərbaycan tərəfinin bu addımı çox uğurlu addımdır.

"Onlar iddia edirlər ki, biz yerli əhalini aclığa, susuzluğa, köçə məcbur edirik, onlara humanitar fəlakət yaradırıq. Vacib qida və ərzaq materiallarının çatmasının qarşısını alırıq. Amma biz bununla sübut etdik, nəinki biz onlara hər hansı şəkildə ərzaq çatdırılmasının qarşısını alırıq, eyni zamanda bunu özümüz də onlara göndəririk. Amma bizi bu şəkildə Qarabağda humanitar böhran yaratmaqda, insanları aclığa məhkum etməkdə ittiham edirlər".

Politoloq əlavə edib ki, biz özümüz 40 ton unu qarşı tərəf üçün göndəririk.
"Yəni heç bir halda bizi humanitar fəlakət adı ilə ittiham edə bilməzlər. Amma tam əksinə, özlərinin məqsədləri şübhəlidir. Belə ki, onlar bildirirlər ki, məhz hansısa şəkildə biz Laçın yolunu açmalıyıq. Biz isə Laçın yolunu deyil, məhz Ağdam-Xankəndi yolu ilə humanitar məhsulların çatdırılmasına tələb edirik. Ermənistan tərəfi buna hər cür mane olmağa çalışır, hətta Ağdam -Xankəndi yolunu bağlayırlar, beton maneələr qoyurlar. Vardanyan ora öz köməkçilərini göndərir, öz tərəfdarlarını göndərir. Arakora hərbi silahlı dəstələr göndərmək istəyir, rus sülhməramlısını orda döyməyə çalışırlar, hücum edirlər. Bununla göstərirlər ki, onların əsl məqsədi ordakı əhalinin qidayla təmin etmək deyil. Əslində isə Azərbaycana təzyiq edib Laçın yolunu açmaqdır. Çünki yolun əvəzinə Ağdam-Xankəndi yolu təklif edirik. Onlar isə israr edirlər ki, ancaq Laçın yolu üçün razıdırlar. Burada məqsəd siyasidir. Onların heç birinin oradakı insanların həyatı üçün humanitar məqsədləri yoxdur. Fransanın buna dəstək verməsi göstərir ki, o ölkə əslində ermənilərin bu siyasi addımını dəstəkləyir. Fransanın məqsədi bölgədə sülh, əmin-amanlıq yaratmaq və yaxud insanların həqiqətən də humanitar ehtiyaclarını qarşılamaq deyil".
Ayan Rzayeva