- Siyasi müzakirə
- 5 Sentyabr 2023 12:32
- 6 228
AMİP yenidən Ədliyyə Nazirliyində qeydə alındı

Azərbaycan Milli İstiqlal Partiyası Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçib.
AzNews.az xəbər verir ki, bu barədə AMİP Mərkəzi Şurasının sədri Rəşad Aydın məlumat verib.
O deyib:
"Əziz dostlar, Əziz Milli İstiqlalçılar!
Ədliyyə Nazirliyi tərəfindən 4 sentyabr 2023-cü il tarixdə ünvanlanmış məktubda partiya üzvlərinin reyestr məlumatlarının yoxlanılaraq təsdiq olunduğu bildirilib. Hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram. Növbəti mərhələ Qurultayın keçirilməsi və partiya Nizamnaməsinin “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə uyğunlaşdırılmasıdır. Bu mərhələni də uğurla başa vuracağımıza əminəm".