Evlə bağlı qalmaqal olsa, nüfuzumuz düşəcək - Qulu Ağsəs

Bir çox yazar əlində ərizə ilə gəlib ki, Yazıçılar Birliyi üçün tikilən binadan mənə ev verilməlidir

AzNews.az-ın “Morze əlifbası” layihəsinin qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ulduz" jurnalının Baş redaktoru, şair Qulu Ağsəsdir.

Image result for qulu ağsəs

- Qulu müəllim, Azərbaycanda ədəbi proses deyiləndə nə nəzərdə tutulur? Bu gün Azərbaycan oxucusu üçün həmin prosesin içində hansı yeniliklər var?

- Əgər insan özü yazıb-pozursa, nəyinsə üzərində düşünürsə, deməli o, artıq prosesin içindədir. Proses ilk növbədə insanın öz yaradıcılığı, yazı masası və düşüncələridir. Biz ədəbi proses deyəndə həmişə gözləyirik ki, hansısa qurum, təşkilat bizi ədəbiyyatın içinə sürükləsin və oradan da pillə-pillə qaldırsın. Bu mümkin deyil, biz özümüz yaradıcılığımızda nəyəsə nail olmalıyıq. Ədəbi prosesi biz özümüz yaratmalıyıq. Çox təəssüflər olsun ki, hər sahədə olduğu kimi bir-birini aşağılamaq, şərləmək, bir-birinin uğurlarına sevinməmək, yaradıcılığını görməzdən gəlmək kimi şeylər bu gün ədəbi prosesin içindədir. Bu gün tamam başqa proseslər gedir. Müstəqillikdən sonra çox sular axdı. İndi hamı yaradıcı adamları günahlandırır. Elə bil hər şey yaradıcı adamların təqsiri ucbatından baş verib. Sanki hər şeyin baiskarı qələm adamlarıdır. Prezident bir müddət öncə yazıçılara, rəssamlara, bəstəkarlara pul ayırdı. O qərardan xeyli keçib. Amma mətbuatda bir yazıya rast gəlmədim, heç kəs soruşmadı ki, rəssamlara, bəstəkarlara ayrılan pulu qurum hara və necə xərcləyəcək? Hamıya elə gəlir ki, Prezident Təqaüdü ancaq Yazıçılar Birliyinə ayrılır və ancaq onlardan hesab sorulmalıdır. Prezident bütün yaradıcı təşkilatlara pul ayırıb, o cümlədən də Yazıçılar Birliyinə.

- Bəlkə bu, ondan irəli gəlir ki, Yazıçılar Birliyi ilə müqayisədə Rəssamlar İtiffaqı, Bəstəkarlar İttifaqı və başqa təşkilatlara ayrılan maddi vəsait üzvlər arasında daha ədalətli bölünür?

Image result for qulu ağsəs

- 15 ildir ki, mən Yazıçılar Birliyində işləyirəm. 5 ildir ki, redaktoru olduğum “Ulduz”un üstündə pulsuz olaraq kitab hədiyyə edirik. Bu kitabları bizə Anar, Elçin Əfəndiyev, Aqil Abbas, Rəşad Məcid, Elmira Axundova kimi hörmətli şəxslərdən almışıq. Hətta xalq artisti Mənsum İbrahimov “Leyli və Məcnun”un diskini bizə hədiyyə edib. Biz də onu oxuculara hədiyyə edirik. Dəfələrlə mənə irad bildiriblər ki, cavanlara niyə hədiyyə etmirsiniz? Mən də izah edirəm ki, müəlliflər öz hesablarına çıxardıqları kitabları bizə hədiyyə edirlər. Bizim kitab çıxarmağa imkanımız yoxdur. İndi bizə şans yaranıb, prezident pul ayırıb. Bu məsələni Anar müəllimlə müzakirə etdik və bizə ayrılan puldan 10 kitabın çap olunmasına razılıq verildi. Təxminən 100-ə yaxın adamlar mənə yazır ki, haqsızlıq olacaq, qohum-əqrabalarının kitabları çap olunacaq. Mənim qohum-əqrabam yazıçılar, tənqidçilər və qələm adamlarıdır. Ondan sonra isə musiqicilər, rəssamlar gəlir. Bu ailədə mən özümü xöşbəxt hiss edirəm. Biz ancaq 10 gəncin kitabını çap edə bilərik. Axı bizə ayrılan pul elə də böyük rəqəm deyil ki, onun hesabına bütün gəncliyin kitabını çap edək.

- Bəlkə mezanizmlərdə problem var, bəlkə münsiflər heyəti təyin olunsun, hansı kitabların çap olunmasına onlar qərar versin. Belə olmasa, şəffaf mezanizm itir və nəticədə kimlərsə inciyir?

- Bu yaxnlara kimi ədəbi mühiti tənqid edirdilər. İttiham da belə idi ki, bu gün niyə əvvəlki ədəbi mükafatlar yoxdur? Mükafatlar niyə bərba olunmur? Yazıçılar Birliyi də deyirdi ki, maddi vəsaitimiz yoxdur. Bu tənqidi başa düşürəm, adamlar istəyir ki, köhnə dövrlərdə olduğu kimi ədəbi mükafatlar alsınlar. Pul ayrıldı, Birlikdə çoxdan yığılıb qalan problem həllini tapdı. Dərhal “Nəsimi”, “Mirzə Cəlil”, “İsmayıl Şıxlı”, “Cəfər Cabbarlı” mükafatları təsis olundi və bu 12 nəfərə verildi. Bundan əlavə “Uğur” mükafatı 5 gəncə verildi. İndi deyirlər ki, hökümətin pulunu niyə dağıdırsınız? Bu dəqiqə hər şey şəffafdır, pulun hara xərcləndiyini bilirsən. Musa Yaquba mükafat düşmür?

Image result for qulu ağsəs

- Məsələn, “Cəfər Cabbarlı” mükafatı kimə verildi?

- Firiz Mustafa, Fuad Əlixanlı və 3-cü bir şəxs var, adını unutmuşam. İllərdir deyirdilər ki, Birliyə pul ayrılan kimi filankəslərə mükafatlar veriləcək.

- Mükafatın bu qaydada veriləcəyini kim müəyyənləşdirmişdi?

- Katiblik. Əvvəlcədən öz namizədlərini vermişdilər, pul isə yox idi. Birinci partiyada 5 nəfərə 5 min mükafat verildi. Onların hərəsi sosial şəbəkədə 5 min düşmən qazanıb. Hamı deyir ki, o pul həmin qələm adamlarına layiq deyil. Bu o deməkdir ki, kim mükafatdan kənarda qalırsa, tənqid edir. Çox təəssüflər olsun ki, bu gün ədəbi proses deyəndə söhbət pul bölgüsündən gedir. Yəni, deyirlər ki, “əgər mən varamsa, ədalət və ədəbi proses var, yoxamsa nə ədalət var, nə də ədəbi proses”. Biz ədəbiyyat üçün çalışırıqsa, bir az nəfisimizə qul olmalıyıq. Ətrafı görməyə çalışmalıyıq. Son oxuduğumuz yazıya baxaq, görək ki, kim bizi ötüb? Müdafiəni necə quraq? Ətrafımızda nələr baş verir? Qələm adamı olaraq nəyə qadirik? İnsan bütün günü beynində pul bölüşdürməklə məşğul olar? Bir profildən dostunun uğuruna sevinib, onun pivəsini içir, başqa bir profildən isə yazır ki, “onun nəyi şairdir”. Bu nə deməkdir? Nizami adına Ədəbiyyat İnstitutunun təşkil etdiyi tədbirlərdə artıq sosial şəbəkələrdə yazılan rəylər müzakirəyə çıxarılır. Hətta qələm adamlarının ad günündə yazılan xoş sözlər belə müzakirə olunur. Əgər ad günüdürsə, yaxud kiminsə toyudursa, ora gələn səbəbkarı tənqid etməyəcək ki… Çox təəssüflər olsun ki, biz yük qarışıq sürüşüb dəriyə getmişik. Kimin fiti daha bərk səslənirsə, o, qalib elan olunur. Baxan yoxdur ki, fit səsi hardan gəlir? Onun arxasında 11 adam var ya yox.

- Məşhur bir deyim var, deyir ədəbiyyat insan təsəvvürlərini genişləndirmək üçündür...

- Bəli, biz özümüz olmayan yerdə oxucunun əlindən tutub gəzdiririk. O günü biri yazıb ki, şeir yağış deyil, göz yaşıdır. Mən yazmışam ki, şeir anidən köks ötürməkdir. Uzun şeir isə nobata mal ötürməkdir. Yəni insan öz fikirini, ən dahiyanə fikirlərini bir neçə cümlə ilə ifadə edir…Bəzi yazıçılar nəzəriyyə ilə əsər yazır. Obrazlar ən azı 10-dan yuxarı olmalıdır. Ona ehtiyac da yoxdur.

- Son illər Azərbaycanda insanların təsəvvürlərini genişləndirən hansı ədəbi mətn yazılıb?

- Anarın “Göz muncuğu”, Elçinin “Baş romanı” və Saday Budaqlının yazıları…

- Qan Turalı və Şərif Ağayar… Niyə bunlar Yazıçılar Birliyinin üzvü deyil?

- Məncə Qan Turalı Birliyin üzvüdür. “Ulduz”da tez-tez çap olunur. Cəlil Cavanşir də mükafat istəyir. Mən pul işinə baxmıram, Yazıçılar Birliyinin üzvü olmayanlara Prezident mükafatı verilmir. Amma Birliyin üzvü olmayanların kitabları çap olunur. Əgər orada dövlət əleyhinə heç nə yoxdursa və çapa layiqdirsə, kitab çap olunur. Yazıçılar Birliyinin üzvü olub-olmamağın fərqi yox, xaricdə yaşayan qələm adamlarını da təbliğ eləmək lazımdır. Bununla bağlı işlər gedir. Bizə göstərilən etimadı doğrultmalıyıq, işimizi düz həyata keçirməliyik, dövlətin ayırdığı pul ədəbiyyata xərclənməlidir.

- Sosial şəbəkələrdə “İçərişəhəri sökürlər” deyə kütləvi cağırışlar edilirdi. Ziyalıların provakasiya ilə hansısa prosesə çəkmək meyli hiss olundu. Buna münasibətiniz…

Image result for qulu ağsəs

- Sovet dövründə Bəxtiyar Vahabzadə, Səməd Vurğun və başqa yazıçı və şairlərimiz həm də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdılar. Azərbaycan müstəqil olandan sonra bu məsələ bitdi. Siyasətçi siyasətçi, şair də şair olmalıdır. Vay o şairin halına ki, bütün funksiyaları öz üzərinə götürə. Oxucu bizim əlimizə zənbil verib hər yerə göndərmək istədi. Hər bir kəs bilir ki, İçərişəhər qoruğunu göz bəbəyimiz kimi qoruyanlar var. Deyirlər ki, “İçərişəhəri sökürlər”, niyə ziyalılar danışmır? Əvvəl bilməliyik ki, hadisələr necə olur. İttiham edirlər ki, yazıçılar niyə demir ki, “İçərişəhər” dağılır? Yazıçılar Birliyi adından bəyanat versəydik, deyəcəkdilər ki, yazıçılar dövlətə qarşı çıxır. Dedilər ki, Birlik prezidentə, ölkənin birinci xanımına müraciət etsin. Ay başınıza dönüm, deməzlər ki, “İçərişəhər”ə nə olub? Yaxud da sonuncu dəfə “İçərişəhər”də nə vaxt olmusunuz? Dövlət pul ayırıb ki, Yazıçılar Birliyinin üzvlərinə ev tikilsin. Böyük qalmaqal başlayıb, hamı əlində ərizə ilə gəlib ki, oradan mənə ev verilməlidir.

- Tikilən bina bir dənədir, amma üzvlərinizin sayı çox…

- Üzvlərimiz çoxdur. Tikilən isə bir binadır. Bilirsiniz necə olacaq? Qırğın çıxacaq, hamı deyəcək ki, mən o evi haqq edirəm. Quşun yuvası varsa, insanın da evi olmalıdır. Evi olmayan yazıçının nə hörməti olacaq. Amma evlə bağlı qalmaqal olsa, bizim nüfuzumuz düşəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az