Kadırov Tarzanını tapa bilmir



AzNews.az İTAR TASS - a istinadən xəbər verir ki, Çeçenistanın rəhbəri Ramazan Kadırov Tarzan adlı sevimli qafqaz ovçarka itini axtarır. O bu barədə sosial şəbəkələrindən birində məlumat yayıb.
"Biz hamımız ona çox öyrəşmişdik. Tarzan bizim hamımızı sevirdi, heç vaxt səbəbsiz aralanmazdı, heç vaxt səbəbsiz problem yaratmayıb. Çox təəssüf ki, naməlum şəraitdə o Qroznıda rezidensiyanı tərk edib", - deyə Kadırov yazıb.
Respublika rəhbəri qeyd edib ki, iti tapıb ona qaytaran şəıxs mükafat alacaq.

Azər
AzNews.az