Türkiyə və ABŞ-dan birgə mübarizə - Terror təşkilatına qarşı

ABŞ qırıcı təyyarələri Türkiyədəki “İncirlik” hərbi bazasından istifadə edərək “İslam dövləti” (İD) terror təşkilatının mövqələrinə zərbə endirə biləcək.


AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu addım Türkiyə və ABŞ arasında terror təşkilatına qarşı birgə mübarizə çərçivəsində atılıb.

Hərbi baza İD-yə qarşı mübarizə aparan koalisiya qüvvələrinin də sərəncamında olacaq.

Xatırladaq ki, hərbi bazanın İD-yə qarşı istifadə edilməsi məsələsində yekun qərara gəlmək üçün ötən gün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Barak Obama araslnda telefon danışığı olmuşdu.