- Qayıdış
- 29 Sentyabr 2020 03:18
- 2 204
Ermənistan kişilərin ölkədən çıxışını məhdudlaşdırıb
Yalnız hərbi komissarlığın icazəsi ilə
Ermənistanda mövcud hərbi vəziyyətlə əlaqədar 18 yaşdan 55 yaşa qədər kişilərin ölkəni tərk etməsinə məhdudiyyət qoyulub.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilir ki, Ermənistanda 18-55 yaş arası kişilər yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər.