- Qayıdış
- 19 Noyabr 2020 20:37
- 4 210
Rusiya Qarabağda daha 5 humanitar mərkəz yaratdı 5 humanitar mərkəz yaratdı
Bunlar Minalardan Təmizləmə, Qarşıduran tərəfləri barışdırma, Nəqliyyat Təminatı, Tibbi Təminat və Ticarət-Məişət Təminatı mərkəzləridir
Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun göstərişinə əsasən, Dağlıq Qarabağda sülhməramlı əməliyyatların aparılması üçün daha 5 humanitar mərkəz yaradılıb.
AzNews.az TASS-a istinadən xəbər verir ki, bunlar Minalardan Təmizləmə, Qarşıduran tərəfləri barışdırma, Nəqliyyat Təminatı, Tibbi Təminat və Ticarət-Məişət Təminatı mərkəzləridir.
Qeyd edək ki, bu mərkəzlər Dağlıq Qarabağda humanitar xarakterli məsələlərin kompleks həlli üçün, humanitar reaksiya idarələrarası mərkəzin bir hissəsi olaraq yaradılıb.