- Qayıdış
- 10 Aprel 2021 14:04
- 12 004
Azərbaycanlı deputatı ermənilər ölümlə təhdid etdi
Vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılmalıdır
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev Ermənistan parlamentinin əməkdaşı Lilit Gözəlyanın təhdidinə məruz qalıb.
AzNews.az xəbər verir ki, bu barədə T.Gəncəliyevin özü məlumat verib.
“Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edir. Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür", - deyə icma sədri vurğulayıb.