Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub

Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür. Bununla ümumilikdə Laçın şəhərinə 472 ailə (1773 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 819 nəfərə çatıb (215 ailə).