- Qayıdış
- 2 Mart 12:33
- 8 670
Xankəndi, Ağdərə və Xocalıda ilk buraxılış imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayonu Talış kəndi, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.
Sözügedən ərazilərdə keçirilən ilk imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə saxlanır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.