Hulusi Akar və Hakan Fidan Rusiyaya səfər ediblər Hulusi Akar və Hakan Fidan Rusiyaya səfər ediblər

Rusiyadan Türkiyəyə kritik çağırış – “Cəld hərəkət etmək lazımdır!”

Hulusi Akar və Hakan Fidan Rusiyaya səfər ediblər

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və MKT-nin (MİT) sədri Hakan Fidan Rusiyaya gedib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akar və Fidan, Rusiya müdafiə naziri Şoyqu və digər səlahiyyətli şəxslərlə görüşüblər.

Akar və Şoyqu görüş zamanı regional məsələlərlə yanaşı Soçidə imzalanan razılaşmanın ardınca İdlibdəki son vəziyyətdən də danışıblar.

Rusiyanın müdafiə naziri Şoyqu, Akara, Suriyadakı vəziyyətlə bağlı hər iki ölkənin cəld hərəkət etməli olduğunu deyib. Şoyqu, İdlibdəki silahsız ərazi üçün Rusiya və Türkiyənin dəstəyinə ehtiyac olduğunu da bildirib.

Pərvanə AĞAZADƏ
AzNews.az