Rusiya Prezidenti Vladimir Putinin reytinqi yeni il başlayandan bəri düşməyə davam edir. Rusiya Prezidenti Vladimir Putinin reytinqi yeni il başlayandan bəri düşməyə davam edir.

Putinin reytinqi düşür

Rusiya Prezidenti Vladimir Putinin reytinqi yeni il başlayandan bəri düşməyə davam edir.

Bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sorğusunda bildirilib.

Məlumata görə, 2019-cu ildə keçirilən ilk sorğuda Putinə respondentlərin 33,4 faizi etimad göstərib. 2018-ci ildə keçirilən sonuncu sorğuda isə ona rusiyalıların 36,5 faizinin etimad göstərdiyi məlum olmuşdu.

Qeyd olunur ki, bu nəticə 2006-cı ilin yanvarından bəri qeydə alınan minimum nəticədir.

Həmçinin, Putinin fəaliyyətindən razılıq da aşağı düşüb. Belə ki, dekabrın 29-da bu göstərici 64,6 faiz idisə, hazırda 62,1 faizdir.

Bundan əlavə, “Vahid Rusiya”nın elektoral reytinqi də minimuma enib. Əgər ilin sonunda bu reytinq 35,6 faiz idisə, hazırda 33,8 faizdir.

Ekspertlər reytinqin aşağı düşməsini “post-yeni il effekti” ilə əlaqələndiriblər. “Yanvarın ortalarına qədər dalğalanmanın amplitudası azalacaq”, – deyə Praktik Siyasi Analiz və Məsləhət Mərkəzinin rəhbəri Mixail Mamonov bildirib.(teleqraf.com)

© AzNews.az