• Rusiya
  • 24 Yanvar 2019 09:16
  •  576

Rusiyanın əhalisi 10 ildə ilk dəfə olaraq azaldı

Ötən il ərzində azalma təqribən 87 min nəfər təşkil edib.

Rusiyanın daimi əhalisinin sayı 1 yanvar 2019-cu il tarixinə 146 milyon 794 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Federal Xidməti məlumat yayıb.

Materialdan məlum olur ki, ötən il ərzində azalma təqribən 87 min nəfər təşkil edib. Belə ki, 2018-ci ilin əvvəlində Rusiyada 146,880 mln. vətəndaş yaşayıb.

Sonuncu dəfə əhalinin sayında azalma 2009-cu ildə qeydə alınıb. Ondan sonra göstərici artıb.(report.az)

© AzNews.az