Neft embarqosu ilə yanaşı, bir sıra başqa mallara da qadağa qoyulub Neft embarqosu ilə yanaşı, bir sıra başqa mallara da qadağa qoyulub

Rusiya Ukraynanı neftsiz qoydu

Neft embarqosu ilə yanaşı, bir sıra başqa mallara da qadağa qoyulub

Rusiya baş naziri Dmitri Medvedev Ukraynaya neft ixracının qadağan edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə TASS Rusiya Nazirlər Kabineti başçısının bəyanatına istinadən məlumat yayıb.

Neft embarqosu ilə yanaşı, bir sıra başqa mallara da qadağa qoyulub.

“Rusiya neftinin və neft məhsullarının Ukraynaya ixracına qadağa tətbiq olunur. Biz öz maraqlarımızı qorumağa və cavab ölçüləri qəbul etməyə məcburuq”, - deyə Medvedev bunun rəsmi Kiyevin bu yaxınlarda qəbul etdiyi məhdudiyyətlərə cavab olduğunu vurğulayıb.

Qadağa maşınqayırma, yüngül sənaye, metal emalı məhsullarına və ümumi məbləği 250 milyon dollardan çox olan digər mallara tətbiq olunacaq.

Neft və neft məhsullarına tətbiq olunan qadağanın iyunun 1-də qüvvəyə minəcəyi bildirilir.(oxu.az)

AzNews.az