"İki ölkənin xüsusi nümayəndələri konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər" "İki ölkənin xüsusi nümayəndələri konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər"

Rusiya XİN Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü ilə bağlı bəyanat yayıb

"İki ölkənin xüsusi nümayəndələri konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər"

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşü ilə bağlı yaydığı bəyanatda bildirilib.

“Tərəflər regionda sabitlik və iqtisadi tərəqqi maraqları, iki ölkə xalqlarının rifahı naminə işləyəcək təmas nöqtəsi axtarışlarını davam etdirmək barədə razılığa gəliblər”, - Rusiya XİN-in bəyanatında vurğulanıb.