Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib

Medinski: “Rusiya Ukrayna ilə danışıqlara hazırdır”

Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib

Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib.

Aznews.az xəbər verir ki, bunu Belarusun ONT kanalına müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.

“Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkidirmək üçün yox” – deyə Medinski vurğulayıb.