Sakit Okean Donanmasının təlimində 60 çox gəmi iştirak edir

Sakit Okean Donanması qüvvələri Yapon dənizi və Oxot dənizində başlayan əməliyyat təliminin tapşırıqlarını yerinə yetirməyə başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyiməlumat yayıb.

“Sakit Okean Donanmasının komandanlıq və nəzarət orqanlarının 2023-cü il üçün təlim planına uyğun olaraq, admiral Viktor Liinanın rəhbərliyi altında iyunun 5-dən 20-dək dəniz zonasında Donanmanın bütün silahlı qüvvələrinin əməliyyat təlimi keçirilir. ”, - nazirlikdən bildirilib.

Nazirlik əlavə edib ki, təlimdə altmışdan çox döyüş gəmisi və donanmaya yardımçı gəmi, 35-ə yaxın dəniz aviasiya təyyarəsi, sahil müdafiə qoşunları və 11 mindən çox hərbçi iştirak edəcək.

Mövsüm