Rusiya Yaponiyanın yeni sanksiyalarına reaksiyasız qalmayacaq

Moskva Tokionun yeni anti-Rusiya sanksiyaları paketinə cavab addımlarını nəzərdən keçirir.

Aznews.az xəbər verir ki, bu barədə Xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Həqiqətən, mayın sonunda yeni sanksiyalar paketi dərc olundu, biz bunu çox mənfi qəbul etdik. Hazırda cavab addımlarını nəzərdən keçiririk, bu, reaksiyasız qalmayacaq", - nazir müavini qeyd edib.

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiya siyahısına 24 fiziki şəxs və 78 hüquqi şəxs əlavə edilib. Xüsusilə sanksiyalarda qeyd edilir ki, bu şəxslərin Yaponiyada hər hansı aktivləri aşkar edilərsə, onlara həbs qoyulacaq.

Yaponiya həmçinin Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət, Lavoçkin elmi inkişaf və istehsal mərkəzi, KamAZ PJSC, MegaFon, Skolkovo Fondu və Skoltech də daxil olmaqla Rusiyanın 80 qurumuna ixrac məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.

Mövsüm