- Köhnə - Şou-biznes
- 9 Mart 2013 12:58
- 2 291
Türkiyənin məşhur müğənnisi Bakıya gəlir
Türkiyənin tanınmış müğənnisi Halil Sezai Azərbaycana gəlir. Müğənni 27 Aprel tarixində Bakıda konsert verəcək. O, sözügedən konsert layihəsini Elit Ticarət Mərkəzinin 5-ci mərtəbəsində keçirəcək.
Konsertin təşkilatı dəstəyu "A Plus Production" şirkətidir. Şirkətdən AzNews.az-a verilən məlumata görə, Elit Ticarət Mərkəzinin 5-ci mərtəbəsi böyük tamaşaçı auditoriyasına malikdir: "Bu məkan Heydər Əliyev Sarayından böyükdür. 2 mindən çox tamaşaçı tutur. Biz tamaşaçıların gedişini də nəzərə aldıq. Ora həm də metroya yaxındır. Konsertin vaxtının dəyişilməsinə imkan yoxdur. Bu yalnız o halda ola bilər ki, ölkədə nəsə bir fəlakət olsun. Allah qorusun. Yəni, konsert baş tutacaq".
Qeyd edək ki, Halil Sezaini bəzi tamaşaçılar ayaq üstə dinləyəcək. Konsertin bilet qiymətləri belədir: Ayaq üstə 25 AZN, premium 40 AZN,
VIP isə 100 AZN. Konsertin aparıcıları Ramin İbrahimov və Novruz Məmmədovdur.
Bahar Rüstəmli
AzNews.az