Günel hamını şoka salacaq- Foto

"Üzümdə mənə kompleks yaradan hissə vardı. Bu da mənim xoşuma gəlmirdi. Ona görə də plastik əməliyyat etdirdim".


Bunu AzNews.az-a müğənni pişik ləqəbi ilə tanınan Günel Ələkbərova bildirib. Müğənni 5 gündür ki, xəstəxanadan çıxdığını və yaxınlarda tamaşaçılarını yeni görünüşü ilə şoka salacağını deyib: "Əməliyyatın hansı hissəmdə və neçəyə başa gəlməsini deməyəcəm. Bu, mənim sirrimdir. Əsas odur ki, onu mən istəyirəm və ürəyimcə olur. Əgər bir şeyi ki, istəyirəm ona can atmağa çalışaram. Əməliyyat Azərbaycanda həyata keçirilib. İnandığım həkimlər bu işin öhdəsindən asanlıqla gəlib. Mənə elə gəlir tamaşaçılar yeni görünüşümdən razı qalacaq".

Bahar
AzNews.az
image description