Xəbər verildiyi kimi, Azərbaycanın gənc müğənnisi Aytac Vidadiqızının ifa etdiyi "Sevirəm" mahnısı dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib. Xəbər verildiyi kimi, Azərbaycanın gənc müğənnisi Aytac Vidadiqızının ifa etdiyi "Sevirəm" mahnısı dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib.

“Ərəb şeyxi ilə ilkin razılaşmaya əsasən...” – Azərbaycanlı müğənni

Xəbər verildiyi kimi, Azərbaycanın gənc müğənnisi Aytac Vidadiqızının ifa etdiyi "Sevirəm" mahnısı dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib.


Onların Bakıda keçirilən görüşündə şeyx bu mahnıya çəkiləcək klipi maliyyələşdirəcəyinə və sarayında Aytac üçün konsert təşkil edəcəyinə söz verib.

Müğənni bu olayla bağlı yeni detalları AzNews.az-a bölüşüb.

O bildirib ki, ərəb şeyxi onu ərəb qızlarına bənzədib: "İlkin razılaşmaya görə mən onun adını və kimliyini açıqlaya bilmərəm. Həm özü, həm də ətrafı buna qadağa qoyub. Görüşdə ərəb şeyxi mənim azərbaycanlı olmağıma şübhə etdiyini gizlətmədi. O, görüş boyu bir neçə dəfə bu məsələyə toxundu".

A.Vidadiqızı ərəb şeyxinin "Sevirəm" adlı mahnını ilk olaraq internetdə eşitdiyini vurğulayıb: "O, kliplə yanaşı fotosessiya təklifini də irəli sürdü. Mən də bununla razılaşdım. Ancaq klip üçün nə qədər maliyyə ayrılacağını da deyə bilmərəm. Görüşdə qərara gəlindi ki, qarşıdakı aylarda Ərəbistanda böyük bir konsert proqramı ilə çıxış edim".

Sənətçi ilk görüşdə ona ərəb şeyxi tərəfindən hədiyyə olunduğunu etiraf etsə də hədiyyənin dəyərini sirr olaraq saxlayıb.

Bahar RÜSTƏMLİ