- Qərb
- 04:28
- 2 451
Tramp: "ABŞ İranın nüvə obyektlərini bombalayıb" - TƏCİLİ

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ hərbi qüvvələri İranın üç nüvə obyektinə bomba atıblar.
“İranda Fordow, Natanz və İsfahan daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu başa vurduq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır”, - Tramp Truth Social-da yazıb.
Tramp əlavə edib ki, “Fordow əsas obyektinə tam miqdarda BOMBALAR atılıb.”
O, mesajını sülh çağırışı ilə bitirib.
“Dünyada bunu edə biləcək başqa bir hərbi qüvvə yoxdur”, - Tramp yazıb: “İNDİ SÜLH ZAMANIDIR!”
AzNews.az