- Dünyanın halı
- 21 İyun 21:51
- 5 075
Pakistan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Pakistan hökuməti ABŞ prezidenti Donald Trampın 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərilməsini rəsmən tövsiyə edib.
“Pakistan hökuməti rəsmi olaraq prezident Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına tövsiyə etmək qərarına gəlib”, – hökumətin sosial media platforması X (keçmiş Twitter) bəyanatında deyilir.
Qeyd olunur ki, müvafiq təşəbbüs Hindistan və Pakistan arasında son vaxtlar münaqişənin həllinə Trampın “qətiyyətli diplomatik müdaxiləsi”nin tanınmasına işarədir.
Mövsüm
Aznews.az